24 C
Baku
Çərşənbə, Dekabr 1, 2021

Azərbaycana bu il Gürcüstandan gətirilən avtomobillərin sayı açıqlanıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycana 207 066,40 min ABŞ dolları dəyərində 31 696 avtomobil ixrac edib.

Bu barədə Gürcüstan Milli statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, illik ifadədə avtomobil ixracının dəyəri 16 257,43 min dollar və ya 8,52%, sayı isə 12 450 vahid və ya 64,68% artıb. Belə ki, ötən il Gürcüstan Azərbaycana 190 809,06 min dollar dəyərində 19 246 avtomobil ixrac edib.

Cari ilin ilk 10 ayında Gürcüstanın avtomobil ixracı illik müqayisədə 11,2% artaraq 373 289,6 min. dollar təşkil edib.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər
X