31 C
Baku
Wednesday, July 24, 2024

Azərbaycana bu il xarici ölkələrdən gələnlərin sayı 50% artıb

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ilin yanvar-mart aylarında Azərbaycan Respublikasına dünyanın 157 ölkəsindən 368.9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 49.8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 32.3 faizi Rusiya Federasiyası, 21.5 faizi Türkiyə, 9.1 faizi İran, 5.6 faizi Gürcüstan, 4.2 faizi Hindistan, 2.7 faizi Pakistan, 2.6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1.9 faizi Qazaxıstan, hər birindən 1.7 faiz olmaqla Səudiyyə Ərəbistanı və Özbəkistan, hər birindən 1.6 faiz olmaqla Ukrayna və Belarus, 1.4 faizi Küveyt, 1.3 faizi Türkmənistan, 10.8 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 76.9 faizini kişilər, 23.1 faizini qadınlar təşkil etmişdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 5.4 dəfə, Türkmənistandan – 4.2 dəfə, Özbəkistandan – 4.1 dəfə, Çindən – 3.6 dəfə, Belarusdan – 3.4 dəfə, Qazaxıstandan – 2.3 dəfə, Pakistandan – 2.0 dəfə, Rusiya Federasiyasından – 1.8 dəfə, İsraildən – 1.7 dəfə, ABŞ-dan – 1.5 dəfə, Gürcüstandan – 45.2 faiz, Böyük Britaniyadan – 40.6 faiz, Omandan – 38.5 faiz, Küveytdən – 32.4 faiz, Türkiyədən – 30.2 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 28.0 faiz artmışdır.

2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1.8 dəfə artaraq 151.4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40.1 faiz artaraq 15.2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1.5 faiz artaraq 59.1 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 63.2 faizi hava, 35.3 faizi dəmir yolu və avtomobil, 1.5 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 20.2 faiz artaraq 358.6 min nəfər olmuşdur. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 46.6 faiz, Gürcüstana gedənlərin sayı 44.6 faiz, Türkiyəyə gedənlərin sayı 6.4 faiz artmış, İrana gedənlərin sayı isə 25.4 faiz azalmışdır. Ölkə vətəndaşlarının 39.4 faizi Türkiyəyə, 22.9 faizi Rusiya Federasiyasına, 9.6 faizi Gürcüstana, 8.0 faizi İrana, 20.1 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 68.9 faizini kişilər, 31.1 faizini qadınlar təşkil etmişdir.

2023-cü ilin yanvar-mart aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67.4 faizi hava, 30.0 faizi dəmir yolu və avtomobil, 2.6 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Son xəbərlər
Digər xəbərlər