28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycana buğda idxalı kəskin artıb – 93 milyon valyuta ölkədən çıxıb

Bu ilin yanvar-aprel ayı ərzində Azərbaycana ümumi dəyəri 92 milyon 994 min ABŞ dolları dəyərində 365 349 ton buğda idxal edilib.

Banker.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk ayında Azərbaycana idxal edilən buğdanın dəyəri 53%, həcmi isə 31% artıb.

Qeyd edək ki, bu ilin yanvar -aprel ayı ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 2.64%-nə bərabər olub.

Son xəbərlər
Digər xəbərlər