28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycana gələn əcnəbi vətəndaşlara qeydiyyat ilə bağlı güzəşt – müddət uzadıldı

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununda dəyişiklik edilib.

Banker.az-ın əldə etdiyi məlumata görə, bu barədə Milli Məclis qərar qəbul edib.

Belə ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması 10 gündən 15 günə qədər artırılıb.

Qeyd edək ki, bundan öncə belə idi:

Maddə 11. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması

Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21-ci maddəsi ilə müəyyən edilmiş müddətdə və qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Son xəbərlər
Digər xəbərlər