32 C
Baku
Monday, July 22, 2024

Azərbaycana gələn əcnəbilər ₼6.1 mln.-luq əməliyyatı Çin “UnionPay” kartları ilə aparıblar

Azərbaycanda yerli və xarici banklara məxsus “UnionPay” (Çin dilində: Yinlian) ilə aparılan əməliyyatların həcmi açıqlanıb.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Yerli bankların bu kartları ilə 2023-cü ilin ilk 6 ayında 0.38 mln. manatlıq əməliyyatlar aparıldığı halda, xarici bankların kartları ilə 6.1 mln. manatlıq əməliyyat aparıb.

Ölkə üzrə rezident bankların kartları ilə cəmi olaraq iyunda 6 mlrd. 576.3 mln. manat və qeyri-rezidend bankların isə 148.7 mln. manatlıq əməliyyat aparılıb.

Hazırda yerli banklardan ABB və “MuğanBank”da “UnionPay” kartları var. Bunun üçün kredit.banker.az kartının məlumat bazasından da tanış ola bilərsiniz.

Qeyd edək ki, “UnionPay” Çinə məxsusdur. Ötən il Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra əksər rus bankları sanksiya ilə üzləşib və bu səbəbdən də onların bir qismi “Mir” ödəniş sistemi ilə bərabər Çinin “UnionPay”ına qoşulub. Məsələn, “Tinkoffbank”, “Sberbank”, “AlfaBank” və s. kimi iri banklar bu sistmə qoşulublar.

Son xəbərlər
Digər xəbərlər