Azərbaycana gəlib 747 mln. manat bank kartları ilə xərclədilər – infoqrafik

Azərbaycana gələn tursitlərin ölkə ərazisindəki bank karları ilə xərclədiyi məbləğ açıqlanıb.

Banker.az xəbər verir ki, Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin avqust sayında deyilir.

“İxrac İcmalı”nda məlumat verilib ki, 2018-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana dünyanın 191 ölkəsindən 1655,3 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 2018-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri  747 milyon manat təşkil edib. Yəni 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 144 milyon AZN və ya 24 faiz artıb.

2018-ci ilin iyul ayında isə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 126 milyon manat təşkil edib və ötən ilin iyul ayı ilə müqayisədə 32 faiz artıb.