Azərbaycana Gürcüstan məhsullarının satışı artıb

Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri bu ilin yanvar-may aylarında 408 milyon 124.1 min ABŞ dolları təşkil edib.

Banker.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm 0.24 % azalıb.

Gürcüstandan Azərbaycana 5 ayda 195.5 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub ki, bu, illik müqayisədə 14.6 % çoxdur.

Azərbaycandan idxalı isə  212.5 milyon ABŞ dolları olub. İllik müqayisədə 4.7 % azalıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.