28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycana idxal olunan ət ucuzlaşıb

2023-cü ilin yanvar-fevral ayında Azərbaycana xaricdən 11 milyon 992 min dollar dəyərində 7 323 ton ət idxal edilib.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2022-ci ilin eyni ayları ilə müqayisədə ət idxalı dəyər ifadəsində 1.2% azalıb, miqdar ifadəsində isə 2% artıb.

Ötən ilin iki ayında Azərbaycana 12 milyon 132 min dollar dəyərində 7 185 ton ət idxal edilmişdir.

1 ton ətin gömrük rəsmiləşdirilməsi qiyməti 1689 dollardan 1638 dollara düşüb (51 dollar azalma).

Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0.45%-ni təşkil edib.

 

Son xəbərlər
Digər xəbərlər