Azərbaycana gətirilən buğda bahalaşıb, həcmi kəskin artıb

Azərbaycan 2019-cu ilin ilk 10 ayı ərzində 1,37 mln. tonluq buğda ixrac edib, bu ötən ilki dövrlə müqayisədə 46% daha çox artımın olması deməkdir. Halbuki, Azərbaycan 2018-ci ilin 12 ayı ərzində idxal etdiyi rəqəm 1 mln. tonu cüzi fərqlə ötmüşdü.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ölkəyə gətirilən buğdanın ümumi dəyəri $294,99 mln. təşkil edib.

Bundan əlavə Azərbaycan idxal olunan 1 kq buğdanın dəyəri 0,22$/kq təşkil edib, bu ötən ilin eyni dövründə 0,19$/kq təşkil edirdi.

Hazırda buğdanın Azərbaycana idxal olunan ümumi məhsulların dəyərində 2,58% payı vardır (bu ötən il 1,9% idi)

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları