16 C
Baku
Wednesday, April 17, 2024

Azərbaycana idxal olunan daha 3 növ kağız və karton gömrük rüsumundan azad edilir

Azərbaycana idxal olunan daha 3 növ kağız və karton – sonrakı emala məruz qalmamış və ya emal olunmuş rulonlarda və ya vərəqlərdə digər təbaşirlənməmiş digər kağız və karton, sulfitli sarğı kağızı və 1 m2-nin kütləsi 150 q-dan az olan rulonlarda və ya vərəqlərdə təbaşirlənməmiş kraft-kağız və kraft-karton gələn il yanvarın 1-dən 5 faiz gömrük rüsumundan azad edilir.

Bu, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, 1 yanvar 2024-cü ildən qüvvəyə minəcək qərar 31 dekabr 2030-cu ilədək qüvvədə olacaq.

Qeyd edək ki, hazırda yarımsellülozdan büzmə üçün kağız, saman kütləsindən büzmə üçün kağız idxal gömrük rüsumundan azaddır.

Son xəbərlər
Digər xəbərlər