12 C
Baku
Çərşənbə, Oktyabr 27, 2021

Azərbaycana koronavirus testlərinin hansı ölkələrdən gətirildiyi açıqlandı

“Nə qədər çox test edilsə xəstəlik vaxtında aşkar edilə bilər. Hazırda Azərbaycanda 18 laboratoriya mövcuddur. Halbuki bu say 2 idi”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndələrinin rəhbəri Hande Harmancı REACT-C19 layihəsinin təqdimatında deyib.

O bildirib ki, bu sistem mütəmadi şəkildə monitorinq olunur.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə əlavə edib ki, ölkədə istifadə olunan testlər Almaniya və Avropa istehsalıdır: “Çox test edirik, amma az xəstə aşkarlanır. Bu da sevindiricidir. Test etmək imkanlarımız çox genişlənib”.

©Report

Son xəbərlər
Oxşar xəbərlər