Azərbaycana “Lada” avtomobillərin idxalı 40% artıb

2019-cu il ərzində Rusiyadan Azərbaycana 1 600 ədəd “Lada” avtomobili gətirilib.

Banker.az xəbər verir ki, Report Agentliyinin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu, daha əvvəlki ilin nətincələri ilə müqayisədə 40% çoxdur.

Ümumilikdə isə “AvtoVAZ” avtomobil istehsalı şirkəti 2019-cu ildə 50 min ədədə yaxın avtomobil ixrac edib. Bu da 2018-ci ilin nəticələri ilə müqayisədə 32% çoxdur.

Rusiya avtomobillərinin əsas idxalçısı Belarus olub. Belə ki, ötən ildə bu ölkəyə 16 min ədəd Rusiya avtomobili idxal edilib ki, bu da daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə 53% çoxdur.

Qazaxıstana da ötən il “Lada” avtomobillərinin idxalı daha əvvəlki illə müqayisədə 14% artaraq 15 min ədəd təşkil edib. Bu ölkələrdə “Lada” №1 brend hesab edilir və onların bu ölkələrdəki payı müvafiq olaraq 25,7 və 21,8% təşkil edir.

Qeyd edək ki, ötən ilin yazında “AvtoVAZ” Monqolustan bazarına daxil olub. Bundan başqa, 2019-cu ildə Rusiya avtomobillərinin yeni nəsil “LADA Granta” modelinin Misirdə istehsalına və satışlarına başlanılıb.  


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları