26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycana növbəti kredit ayrılır

İyunun 22-də Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurasında Azərbaycana növbəti kreditin ayrılması məsələsi müzakirə olunacaq. Bu barədə ADB-nin ölkə üzrə direktoru Nariman Mannapbekov məlumat verib.

Onun sözlərinə görə, təmsil etdiyi bankın Azərbaycana enerji təchizatının yaxşılaşdırılması layihəsinin icrası üçün ayırmaq istədiyi kreditin ümumi həcmi 750 mln. dollardır. İlkin mərhələdə hökumətə bunun 250 mln. dolları çatacaq: “Bu pul Bakı istisna olmaqla bütüm ölkəyə ayrılacaq. Birinci tranş hesabına yarımstansiyalar üçün avadanlıqlar – transformatorlar, paylayıcı vasitələrin alınması və quraşdırılması, eləcə də əhalinin sayğaclarla təmin edilməsi nəzərdə tutulub”.

N.Mannapbekov kreditin hansı şərtlərlə ayrılacağı barədə də danışıb: “Bu kredit ilk 5 ili güzəştli olmaqla 25 il müddətində 6 aylıq Libor + təxminən 0,4% dərəcəsi ilə ayrılacaq. Kreditləşməyə dair bütün sənədlər müqavilə bağlanandan sonra təxminən iki həftə ərzində ADB-nin saytında yerləşdiriləcək”.

Report

Son xəbərlər
Digər xəbərlər