28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycana saxta və aşağı keyfiyyətli ballar bu ölkələrdən gətirilir

Azərbaycanda saxta balın dövriyyəsi kiçik deyil. Saxta, keyfiyyətsiz balların arasında yerli istehsal olanlar da, xaricdən gətirilənlər də var. Məsələn, dünyanın ən ucuz balı olan Ukraynanın günəbaxan yağı Azərbaycanda Qırğızıstanın tyanşan balı adı ilə satılır. Azərbaycana saxta ballar, əsasən, Rusiyadan, aşağı keyfiyyətli ballar isə İrandan gətilir. Belə balların dövriyyəyə buraxılması ümumilikdə bal bazarına mənfi təsir edir.

Banker.az xəbər verir ki, bunu Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov “vergiler.az”a müsahibəsində deyib.

Sədr qeyd edib ki, Azərbaycana il ərzində təxminən 100 ton bal idxal edilir. Amma real rəqəm bundan daha çoxdur. Ölkəyə idxal edilən balların çoxu gömrük orqanlarından təbii bal adı ilə keçirilmir. Onlar Azərbaycana bal esansı adı ilə daxil edilir, daha sonra isə təbii bal adı ilə satılır. Ona görə də statistik rəqəmlərlə real rəqəmlər arasında xeyli fərq olur. İndiyədək Azərbaycana ballar əsasən, Rusiya, Ukrayna, İran və Almaniyadan gətirilib.

 

Son xəbərlər
Digər xəbərlər