26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycana valyuta axını oktyabrda kəskin artıb

Azərbaycanda 2020-ci ilin ilk 10 ayı ərzində 21 001.38 milyon  xarici ölkələrlə ticarət dövriyyəsi olub, bunun $12 234.02 milyonu ixrac, $8 767.36 milyonu isə idxal olub.

İxracın $1 654.97 milyonu oktyabr ayında olub. Bu ilin yanvar və aprel aylarından sonra qeydə alınan ən böyük rəqəmdir. Məsələn, cari ilin yanvar ayında ixracın həcmi  $2 130.23 milyon və aprel ayında isə  $2 099.98 milyon qeydə alınmışdı. Ayrıca, sentyabrla müqayisədə ixracın həcmi iki dəfədən çox artıb. Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Eyni ilə oktyabrda qeydə alınan idxalın həcmi də  $943,91 milyon olmaqla ilin fevral və sentyabr aylarından sonra üçüncü ən yüksək rəqəmli ay olub.

Oktyabrda qeydə alınan ticarət dövriyyəsinin həcmi $2 598.89 milyon olub.

Azərbaycana idxalın artmasının əsas səbəbi kimi cari ilin ikinci yarısından başlayaraq ixracın əsas payçısı xam neftin bahalaşması, yəni, 38-40 dollar/barel səviyyəsində qalması olub.678873

Son xəbərlər
Digər xəbərlər