14 C
Baku
Thursday, March 28, 2024

RƏSMİ: Azərbaycana vizaların qiyməti $350 müəyyən olundu

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub.

Dəyişiklik layihəsi vizaların rəsmiləşdirilməsi rüsumunda dəqiqləşdirmə aparılmasını nəzərdə tutur.

Qanunun 17-ci (Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri) maddəsinə əlavə edilən 8-ci bənddə qeyd olunur ki, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği eyni hərəkətlərə görə müəyyən edilən məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində tətbiq olunur.

Layihədə bildirilib ki, çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 350 ABŞ dolları məbləğində müəyyən edilib.

Miqrasiya Məcəlləsinə görə, çoxdəfəlik viza əsasında giriş-çıxış müddəti 2 ilədək (“ASAN Viza” sistemi vasitəsilə elektron qaydada verilən çoxdəfəlik vizada isə 90 günədək) müəyyən edilib.

Qeyd olunub ki, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği müəyyən edilən məbləğdən (350 ABŞ dolları) fərqli (az və ya çox) ola bilər.

Təklif olunan qanun layihəsinə görə, belə fərq olduqda çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği həmin ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tətbiq edilən rüsumun səviyyəsində müəyyən ediləcək.

Layihə Azərbaycan vətəndaşlarına fərqli giriş vizaları tətbiq edən ölkələrin fərqləndirilməsinə, eyni zamanda Azərbaycana giriş üçün tətbiq olunan vizaya görə rüsumun həmin ölkədə tətbiq olunan rüsumlarla uzlaşdırılmasına (eyniləşdirilməsinə) xidmət edəcək.

Dəyişiklik layihəsi müzakirə edilib, sonra səsverməyə çıxarılaraq qəbul olunub.


Xatırladaq ki, bu növ vizaların ən aşağı həddi Azərbaycana 35 ABŞ dolları, ən yuxarı həddi isə 350 ABŞ dolları idi.

Viza rüsumlari haqqinda məlumat (ÖNCƏKİ)

Ölkənin adı

Vizanın növlərinə uyğun rüsum dərəcələri

Birdəfəlik giriş

vizası

Çoxdəfəlik(1illik)

giriş vizası

ABŞ

160 $

160 $

Albaniya

40 €

350 $

Almaniya

35 €

35 €

Anqola

100 $

300 $

Argentina

50 $

350 $

Avstraliya

58 $

350 $

Avstriya

35 €

35 €

Banqladeş

50 $

350 $

Belçika

35 €

35 €

BƏƏ

50 $

350 $

Bəhreyn

50 $

350 $

Bolqarıstan

35 €

35 €

Bosniya və Herseqovina

50 $

350 $

Böyük Britaniya

118 $

265 £

Braziliya

50 $

350 $

Burundi

50 $

350 $

CAR

47 $

350 $

Çexiya

35 €

35 €

Çili

50 $

350 $

Çin

50 $

350 $

Danimarka

60 €

350 $

Eritreya

60 $

350 $

Estoniya

35 €

35 €

Əfqanıstan

50 $

350 $

Əlcəzair

50 $

350 $

Filippin

50 $

350 $

Finlandiya

35 €

35 €

Fransa

35 €

35 €

Həbəşistan

50 $

350 $

Hindistan

46 $

350 $

Hollandiya

35 €

35 €

Xorvatiya

35 €

35 €

İndoneziya

50 $

350 $

İordaniya

57 $

170 $

İraq

50 $

350 $

İran

35 €

350 $

İrlandiya

60 €

350 $

İslandiya

60 €

350 $

İspaniya

35 €

35 €

İsrail

40 $

350 $

İsveç

35 €

35 €

İsveçrə

60 €

350 $

İtaliya

35 €

35 €

Kamboca

50 $

350 $

Kamerun

100 $

350 $

Kanada

63 $

350 $

Kipr

35 €

35 €

Kolumbiya

150 $

350 $

Konqo

120 $

350 $

Koreya Respublikası

50 $

350 $

Kot d’İvuar

161 $

307 $

Kuba

40 $

350 $

Küveyt

50 $

350 $

Qabon

150 $

350 $

Qətər

60 $

350 $

Qvatemala

50 $

350 $

Qvineya-Bisau

50 $

350 $

Laos

50 $

350 $

Latviya

35 €

35 €

Litva

35 €

35 €

Livan

50 $

350 $

Liviya

50 $

350 $

Lüksemburq

35 €

35 €

Macarıstan

35 €

35 €

Madaqaskar

50 $

350 $

Makedoniya

50 $

350 $

Malayziya

50 $

350 $

Mali

50 $

350 $

Malta

35 €

35 €

Mavritaniya

50 $

350 $

Meksika

50 $

350 $

Mərakeş

50 $

350 $

Misir

50 $

350 $

Monqolustan

50 $

350 $

Mozambik

50 $

350 $

Nepal

50 $

350 $

Nigeriya

60 €

350 $

Norveç

35 €

35 €

Oman

50 $

350 $

Pakistan

48 $

350 $

Peru

50 $

350 $

Polşa

35 €

35 €

Portuqaliya

35 €

35 €

Rumıniya

35 €

35 €

Seneqal

50 $

350 $

Serbiya

65 €

350 $

Səudiyyə Ərəbistanı

50 $

350 $

Sinqapur

50 $

350 $

Slovakiya

35 €

35 €

Sloveniya

35 €

35 €

Sudan

50 $

350 $

Suriya

50 $

350 $

Şri-Lanka

50 $

350 $

Tailand

50 $

350 $

Tanzaniya

50 $

350 $

Tunis

50 $

350 $

Türkiyə

Qarşılıqlı razılaşmaya uyğun olaraq, rüsumsuz

Türkmənistan

50 $

350 $

Uqanda

50 $

350 $

Uruqvay

42 $

350 $

Venesuela

60 €

350 $

Vyetnam

100 $

350 $

Yaponiya

Qarşılıqlı razılaşmaya uyğun olaraq, rüsumsuz

Yeni Zelandiya

50 $

350 $

Yəmən

50 $

350 $

Yunanıstan

35 €

35 €

Zambiya

50 $

350 $

Zimbabve

45 $

350 $

Son xəbərlər
Digər xəbərlər