Azərbaycana xaricdən $234,68 milyonluq geyim məhsulları daxil olub – REKORD

2019-cu ilin yanvar-oktyabr ayları ərzində ölkəyə $234,68 milyonluq geyim əşyaları və geyim üçün ləvazimatlar gətirilib.

Bu isə ötəniliki dövrlə müqayisədə kəskin fərqlə yanaşı, ölkəyə idxal edilən ümumi məhsulda mühüm paya sahib olması deməkdir. Belə ki bu növ məhsulların Azərbaycanın ümumi idxal payında 2,05% payı vardır. Banker.az bunu Dövlət Gömrük Komitəsinin statistik açıqlamasına istinadən xəbər verir.

Bundan əlavə ölkəyə hesabat dövrü ərzində xaricdən $84,4 milyonluq mebel daxil olub. Bu ötən ilin eyni dövründə $86,42 milyon idi.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları