26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycana xarici ölkələrdən düyü idxalı 20%-dək artıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 33 milyon 368 min ABŞ dolları dəyərində 48 min 290 ton düyü idxal edilib.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 275 min (0.8%) ABŞ dolları və ya 7 min 859 (19.4%) ton artım deməkdir.

Qeyd edək ki, hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0.38%-ni təşkil edib.

 

2 3

Son xəbərlər
Digər xəbərlər