Azərbaycana yağ məhsullarının idxalı 7 % azalıb

  •  
  •  
  •  
  •  

2019-cu ilin fevralında  Azərbaycana xaricidən idxalda yeyinti məhsullarının həcmi 245,701 min dollar təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% artıb. 

Banker.az bu barədə Dövlət Gömrük komitəsinə istinad edir.

Yeyinti məhsullarında da daha çox artım ət məhsullarının idxalının payına düşür. Belə ki, 2019-cu ilin fevralında  12,615 mln dollar təşkil edirdisə, ötən il isə bu göstərici 8,789 mln dollar təşkil edib. Bu da onu göstərir ki, ötən illə müqayisədə 43 % artım deməkdi.

Xaricə idxal edilən yeyinti məhsullarından əsas pay yağ məhsullarının payına düşür. Qeyd edək ki, bu ilin fevral ayında Azərbaycana xaricdən 9, 218  mln dollar  dəyərində 1,797 mln ton yağ idxal edilib.  Belə ki, ötən ilin analoji dövrü ilə müqayisədə bu il yağ məhsullarının idxalı 7 % azalıb.

 


  •  
  •  
  •  
  •