28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycana yanvarda xaricdən gətirilən avtomobillərin sayı azalıb

2024-cü ilin yanvar ayında Azərbaycana 113 milyon 420 min dollar dəyərində 6 191 ədəd avtomobil (nəqliyat vasitələri) idxal olunub.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni aylarında Azərbaycana 102 milyon 621 min dollar dəyərində 6 881 ədəd avtomobil idxal olunmuşdu.

Belə ki, avtomobil idxalı dəyər ifadəsilə 10.5% artıb, miqdar ifadəsilə 10% azalıb.

Bu ilin ilk ayında Azərbaycana 100 milyon 255 min dollar dəyərində 5 643 ədəd minik avtomobili, o cümlədən 9 milyon 663 min dollar dəyərində 239 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi idxal olunub.

Son xəbərlər
Digər xəbərlər