27 C
Baku
Wednesday, September 28, 2022

Azərbaycanda əhali hansı yerli elektron pulqabı xidmətlərindən istifadə edir?

Respondentlərin elektron pulqabı ilə bağlı fikirləri müəyyən edilib, MTM elektron pulqabılarla bağlı sorğu keçirib.

İştirakçıların 36%-nin fikrincə elektron pulqabı valyuta əməliyyatlarını asanlaşdırır və sürətləndirir, 16%-i hesab edir ki, elektron pulqabı etibarlı deyil, bu barədə məlumatım yoxdur deyənlər isə respondentlərin 49%-ni təşkil edib.

Sorğu iştirakçılarının 4%-i “mpay”, 8%-i “Portmanat”, 5%-i “EPUL”, 8%-i “Kassam” yerli pulqabılarının xidmətlərindən istifadə etsə də, 66%-i ümumiyyətlə yerli pulqabıdan istifadə etmədiyini bildirib. “Digər” variantını seçənlər isə cavab verənlərin 18% -ni təşkil edib.

Bir neçə variant seçmək imkanına malik olan respondentlərin “Hansı xarici elektron pulqabı platformalarında hesabınız var?” sualına cavabları aşağıdakı kimi olub:

Skrill – 2%

WebMoney – 5%

Qıwı – 3%

YooMoney (Yandex Money) – 2%

Digər – 9%

İstifadə etmirəm – 93%

Sonuncu suala cavab verən respondentlərin 9%-i xarici elektron pulqabı platformalarına Azərbaycandan daxil olarkən bütün əməliyyatları icra edə bildiyini, 7%-i isə müəyyən əməliyyatlar zamanı bəzi platformalarda problem yarandığını bildirib. Xarici elektron pulqabıdan istifadə etmirəm deyənlər isə respondentlərin 84%-ni təşkil edib.

2 2 3 2

Son xəbərlər
Oxşar xəbərlər