8 C
Baku
Sunday, January 29, 2023

Azərbaycanda əhalinin enerji istehsalından əldə etdiyi gəlir vergidən azad edilib

Azərbaycanda gələn ildən əhalinin bərpa olunan mənbələr hesabına istehsal etdiyi elektrik enerjisinin vergidən azad edilib.

Bu, Prezident İlham Əliyev təsdiq etdiyi, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, əhali qrupuna daxil olan aktiv istehlakçının bərpa olunan enerji mənbələri hesabına 150 kilovat (150 kilovat daxil olmaqla) güc həddinə qədər istehsal etdiyi elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlir vergidən azad olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X