-1 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

Azərbaycanda əks-göstəriş sertifikatı ilə bağlı müraciət edənlərin sayı açıqlandı

“Bu günə qədər ölkədə koronavirus əleyhinə əks-göstəriş sertifikatı ilə bağlı təxminən 69 minə yaxın müraciət olub”.

Bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müraciət edənlərdən 40 minə yaxını südverən analar, 10 404 nəfəri hamilələr, 6000-dən çoxu isə xroniki xəstəliyi olanlar idi: “Hazırda xroniki xəstəliklə bağlı müraciətlərin sayı azalıb. Xəstəliyi olanlarla bağlı göstərici ortalama 7 faizdir. Proses elektron olduğundan burada heç bir əlavə müdaxilədən söhbət gedə bilməz”.

Mənbə:report.az
Son xəbərlər
Oxşar xəbərlər