17 C
Baku
Şənbə, Oktyabr 23, 2021

Azərbaycanda əmlakını yanğın və digər risklərdən sığortalayanların sayı artıb

Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortasına maraq artıb.

Azərbaycan Mərkəzi Bankından Banker.az-a verilən məlumata görə, 2020-ci ilin yanvar-dekabr aylarında sığorta şirkətləri bu sığorta növü üzrə 56 281.7 min manat sığorta haqqı toplayıb. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 10.2% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin bu sığorta sinfi üzrə ödənişləri çox olub. Belə ki, ötən il ilə müqayisədə əmlakın yanğın və digər risklərdən sığortaya görə ödənişlər 6 dəfə artaraq 13 383.3 min manat təşkil edib. 2019-cu ilin eyni dövründə isə bu göstərici 2 171.7 min manat olub.

Son xəbərlər
Oxşar xəbərlər