Azərbaycanda ən aşağı faizlə kredit verən bank müəyyən edilib

0

Banker.azın verdiyi məlumata görə, devalvasiyadan sonra Azərbaycanda ən aşağı faizlə istehlak krediti verən bank müəyyən edilib.

Qeyd edək ki,  Bank Respublikanın kampaniya çərçivəsində verəcəyi kredit faizi  illik 16% təşkil edəcək. Məlumat üçün bildirək ki, bu yalnız 1 illik kreditlərə şamil ediləcəkdir. Hələki banklar arasında bu ən aşağı faiz dərəcəsidir. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Kredit faizlərini hər bayramda endirmək “yarışı” banklar arasında son bir ildir müşahidə edilir və Banker.az ekspertlərinin verdiyi məlumata görə hələ bir müddət davam edəcəkdir. Bu prosesin payız ayına qədər daha sürətli gedəcəyi proqnozu verilir.