28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda ən çox bahalaşan ərzaq məhsulları – QİYMƏTLƏR və DİNAMİKA

Azərbaycanda əhalinin istehlak səbətində əsas paya sahib olan bəzi ərzaqların qiymətlərində aylıq artım dinamika daha da kəskinləşib.

Banker.az-ın rəsmi rəqəmlərə istinadən xəbər verir ki, ərzaqlarda ən çox bahalaşma baş soğanda müşahidə edilir. Oktyabrda hər kiloqramının qiyməti 0.64 manat olan baş soğanın qiyməti noyabr ayında 0.70 manata qədər 9.1% bahalaşıb.

Mərcinin orta qiyməti 7.5% bahalaşma ilə 3.29₼/kq-a, qarabaşaqın 7.4% artımla 3.04 ₼/kq-a, banınıq 7.1% artımla 2.39₼/kq-a, kartofun 6.6% artımla 0.93 ₼/kq-a, sarımsağın 6.1% artımla 4.34 ₼/kq-a, şəkər tozunun 4.4%-lə 1.53₼/kq-a, yumurtanın 4.1% artımla 0.21₼/əd.-ə qədər bahalaşıb.

Manatla

Məhsul Vahid Oktyabr Noyabr Aylıq dəyişmə
Baş soğan KQ             0.64        0.70     109.10
Mərci KQ             3.06        3.29     107.50
Qarabaşaq yarması KQ             2.83        3.04     107.40
Banan KQ             3.06        3.29     107.10
Kartof KQ             0.87        0.93     106.60
Sarımsaq KQ             4.08        4.34     106.40
Qatılaşdırılmış şəkərli süd 400 ml             1.86        1.95     104.90
Şəkər tozu KQ             1.47        1.53     104.40
Toyuq yumurtası 10 ədəd             2.00        2.08     104.00
Kərə yağı KQ           17.01      17.40     102.30

 

 

Son xəbərlər
Digər xəbərlər