27 C
Baku
Tuesday, May 28, 2024

Azərbaycanda ən çox işsiz əhalisi olan şəhər və rayonlar

2023-cü il noyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 230.7 min nəfər olmuş, onların 38.6 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 429.2 manat olub.

Banker.az ən çox işsiz əhalisi olan şəhərlərin, rayonların ilk 10-luğunu hazırlayıb.

Ən çox işsiz şəxs Bakı şəhərindədir – 40 070 nəfər. Ağdam rayonu üzrə 7 540 nəfər işsiz var.

Şəmkir rayonunda 5 883 işsiz qeydə alınıb. Sumqayıt şəhərində 5 334 işsiz var. Göyçay rayonu siyahıda beşinci yerdə qərarlaşıb – 5 302 nəfər.

Lənkəran rayonu üzrə işsizlərin sayı 5 275 nəfərdir. Quba da ən çox işsizi olan bölgələrin siyahısındadır. Son rəsmi məlumatlara görə, bu rayonda 5 138 işsiz qeydiyyatdadır.

Zaqatala rayonunda 5 114 işsiz yaşayır. Şəki rayonunda qeydə alınan işsizlərin sayı 4 765 nəfərdir. Gəncə şəhərində 4 374 nəfər işsiz qeydiyyata alınıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər