3 C
Baku
Şənbə, Yanvar 29, 2022

Azərbaycanda ən çox ödəniş edən sığorta şirkətləri – Renkinq

Azərbaycan Mərkəzi Bankı 2021-ci ilin oktyabr ayı üzrə sığorta sektorunun nəticələrini açıqlayıb.

2021-ci ilin oktyabr ayı üzrə hesablanmış sığorta ödənişləri üzrə sektorun lideri “Paşa Həyat Sığorta” şirkəti olub. Bu sığorta şirkəti 187 milyon 553 min manat ödəniş edib. İkinci yerdə ən çox ödəniş edən şirkət isə Paşa Sığorta şirkətidir. (64 milyon 625 min manat).

Üçüncü yerdə 52 milyon 410 min manat olmaqla Dövlət Sığorta Kommersiya şirkəti qərarlaşıb. Dördüncü yerdə olan “Atəşgah Həyat Sığorta” şirkəti 26 milyon 421 min manat sığorta ödənişi edib. 5-ci yerdə qərar tutan “Xalq Sığorta” şirkətidir – 17 milyon 985 min manat.

Bu il il ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Naxçıvansığorta”  (322 min manat), “Xalq Həyat Sığorta” (89 min manat) və “Aqrar Sığorta” (85 min manat) olub. Meqa Həyat sığorta şirkəti isə sığorta ödənişi həyata keçirməyib.

Sığortaçının adı Sığorta ödənişləri (2021-ci il oktyabr), min manat
Paşa Həyat Sığorta                                     187,553
Paşa Sığorta                                       64,625
 Dövlət Sığorta Kommersiya Şirkəti                                       52,410
Atəşgah Həyat Sığorta Şirkəti                                       26,421
Xalq Sığorta                                       17,985
Atəşgah Sığorta Şirkəti                                         8,837
A-Qroup Sığorta Şirkəti                                         8,789
AtaSığorta                                         7,388
AzSığorta                                         6,311
Qala Sığorta                                         4,477
Meqa Sığorta                                         4,180
Azərbaycan Sənaye Sığorta                                         3,590
Günay Sığorta                                         3,401
Qala Həyat Sığorta Şirkəti                                         2,396
İpək Yolu Sığorta                                         1,507
Bakı Sığorta                                            845
Naxçıvansığorta                                            322
Xalq Həyat Sığorta Şirkəti                                              89
Aqrar Sığorta                                              85
Meqa Həyat Sığorta                                               –
Son xəbərlər
Oxşar xəbərlər