28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda ən çox orta aylıq əməkhaqqı hansı rayonlardadır? – Bakıdan sonra Gədəbəydir (Tam Siyahı)

1 iyul 2020-ci il tarixinə olan hesabata görə, Azərbaycanda ölkə üzrə orta aylıq əməkhaqqıları 720 manata çatıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Dövlət Statistika Komitəsinin statistik göstəricilərində orta aylıq əməkhaqqının ən yüksək olduğu şəhər Bakıdır. Belə ki, paytaxta bu göstərici 959.8 manat təşkil edib. Digər ikinci ən çox əməkhaqqının olduğu rayon Gədəbəydir. Burada orta aylıq əməkhaqqı 648,4 manatdır.

Sumqayıt şəhəri 628,6 manat olmaqla 3-cü yerdədir. Digər onluğa daxil olan rayonlar: Daşkəsən – 619,7 manat, Sədərək – 586 manat, Şirvan şəhəri – 565,2 manat, Qubadlı rayonu – 557,3 manat, Siyəzən rayonu 555,6 manat, Naxçıvan şəhəri – 538,9 manat və Abşeron rayonu – 537,1 manat olub.

Ölkə üzrə ən aşağı orta aylıq əməkhaqqı Zaqatala, Bərdə və Qax rayonlarında qeydə alınıb. 1 iyul 2020-cu il tarixinə olan statistik rəqəmlərə əsasən Zaqatala rayonunda orta aylıq əməkhaqqı 394,7 manat, Bərdədə 394,5 manat və Qaxda isə 393 manat təşkil edib.

788

Son xəbərlər
Digər xəbərlər