23 C
Baku
Tuesday, May 21, 2024

Azərbaycanda ən çox pensiya hansı rayonlarda verilir? – SİYAHI

Bu ilin iyul ayının 1-nə olan məlumata görə, Azərbaycanda 1 milyon 159 min 252 nəfər pensiyaçı olub.

Banker.az açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, pensiyaçılara verilən orta aylıq pensiya məbləği 367 manat 98 qəpik olub.

Paytaxt Bakıda orta aylıq pensiya məbləği 491 manat 22 qəpik olub. Bakıdan sonra ən yüksək orta aylıq pensiya Zəngilan rayonunda verilib.  Bu rayonda orta aylıq pensiya məbləği 344 manat 77 qəpik olub. Zəngilan rayonundan sonra ən yüksək pensiyanın verildiyi şəhər və rayonlar arasında Naxçıvan Muxtar Respublikasında (334.14 manat), Şuşa (328.65 manat), Şamaxı (328.46 manat), Şirvan (321.79 manat) və Siyəzən (317.73 manat) ilk sırada yer alıblar.

Pensiyaçılara verilən ən aşağı pensiya məbləği Lerik rayonunda qeydə alınıb. Bu rayonda orta aylıq pensiya məbləği 283 manat 54 qəpik olub. Aşağı pensiyanın verildiyi rayonlar arasında Ağdaş (284.44 manat) və Xaçmazdır (286.89 manat)

p1 p2

Son xəbərlər
 ⁠
Digər xəbərlər