22 C
Baku
Monday, May 27, 2024

Azərbaycanda ən çox sərmaye yatırılan rayon və şəhərlər açıqlandı (Siyahı)

Azərbaycanın 2020-ci ilin yanvar-iyun aylarında iqtisadi rayonlarına yatırılan sərmayenin məbləği məlum olub.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Respublika üzrə cəmi 18 milyard 476 milyon 689 min manat investisiya yatırılıb. Belə ki, ənənəvi olaraq ən böyük yatırımlar Bakı şəhərinə edilib. Paytaxtda bu göstərici 4 milyard 62 milyon 655 min manat təşkil edib.

Digər yerlərdə isə Naxçıvan şəhəri (396 milyon 670 min manat), Abşeron rayonu (190 milyon 573 min manat), Sumqayıt şəhəri (121 milyon 973 min manat) tutur.

Cari ilin 6 ayında Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilərə əsasən, Azərbaycanda ən az yatırım edilən rayonlar sırasında ilk üçlükdə Naftalan şəhəri, Neftçala və Yardımlı rayonlarıdır. Müvafiq olaraq Naftalana 1 milyon 77 min manat, Neftçalaya 570 min manat, Yardımlı rayonuna 542 min manat investisiya yatırılıb.

77

Son xəbərlər
 ⁠
Digər xəbərlər