Azərbaycanda ən çox sərmaye yatırılan rayon və şəhərlər (Siyahı)

Azərbaycanın 2019-cu ildə iqtisadi rayonlarına yatırılan sərmayenin məbləği məlum olub.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Respublika üzrə cəmi 17 milyard 443 milyon 605 min manat investisiya yatırılıb. Belə ki, ənənəvi olaraq ən böyük yatırımlar Bakı şəhərinə edilib. Paytaxtda bu göstərici 10 milyard 214 milyon 243 min manat təşkil edib.

Digər yerlərdə isə Sumqayıt şəhəri ( 2 milyard 112,6 milyon manat), Naxçıvan şəhəri (685,1 milyon manat), Abşeron rayonu (311,1 milyon manat) tutur.

2019-cu ildə Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilərə əsasən, Azərbaycanda ən az yatırım edilən rayonlar sırasında ilk üçlükdə Neftçala, Saatlı, Samux rayonlarıdır. Müvafiq olaraq Neftçalaya 10,8 milyon manat, Saatlıya 10,6 milyon manat, Samux rayonuna 8,8 milyon manat investisiya yatırılıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları