4 C
Baku
Thursday, February 22, 2024

Azərbaycanda ən sərfəli pul krediti verən banklar – SİYAHI

Banker.az olaraq banklarda 2023-cü ilin ilk ayı üzrə nağd pul kreditinin şərtlərini araşdırıb.

Araşdırmaya əsasən, manatla istehlak krediti verən bankların faiz dərəcələri 12-29% aralığında müəyyən edilib.

Hansı bankın daha sərfəli şərtlərlə nağd pul krediti təklif etdiyini isə cədvəldən tanış ola bilərsiniz.

*ABB – Krediti istənilən ABB filialından və ya bir neçə dəqiqəyə onlayn əldə bilərsiniz: http://kredit.abb-bank.az.

*Azər Türk Bank – 12, 24, 36, 48 ay müddətinədək verilən kreditlərin illik faiz dərəcəsi, müvafiq olaraq 12.5%, 13%, 14%, 15% səviyyəsində təyin edilmişdir. Bankın saytı vasitəsilə krediti online sifariş verə bilərsiniz.

*Expressbank –  Kampaniya çərçivəsində kredit əldə edən müştərilərə balansında 10.000 manatadək vəsait olan Expresso Standart, GOLD və ya Platinum kredit kartı hədiyyə olunacaq. 

*Rabitəbank – Yeni “Qış kampaniya”sı ilə Nağd Pul krediti 12%-dən başlayan, 0% komissiya ilə təklif edir. Kampaniya 19.12.2022 – 31.01.2023 tarixləri arasında keçərlidir. Kampaniya müddətində bütün müştərilərə Yaşıl Kartmane Kredit kartı (Visa Rewards/MC World ) 1 illik pulsuz veriləcək.

*Naxçıvanbank – Nağd pul kreditində kampaniya 28 Fevral tarixinədək keçərlidir. Müddət 6-12 ay olduqda 12%, 13-24 ay olduqda 12.9%, 25-36 ay olduqda 13.9%, 37-48 ay olduqda 14.9% təşkil edir. Kreditin təminatı (yeni müştərilər üçün) 20 000 AZN-dən yuxarı zaminsiz, girovla; (təkrar müştərilər üçün) 25 000 AZN-dən yuxarı zaminsiz, girovla verilir.

*Yapı Kredi Bank – 20.000 AZN qədər zaminsiz , 20.000 və ya 40.000 AZN qədər bir zamin ilə , 40.000 AZN və üzəri girov təmini qarşılığı kredit əldə edə bilərsiniz.

zz

 

Son xəbərlər
Digər xəbərlər