34 C
Baku
Wednesday, August 17, 2022

Azərbaycanda ən yaxşı 6 ofis və biznes-məkan müəyyənləşib

“Baku Interior Awards” mükafatları uğrunda Azərbaycanda reallaşdırılmış ən yaxşı ofis və biznes-məkan layihəsi üzrə müsabiqənin qalibləri müəyyənləşib.

Müsabiqənin təşkilatçısı olan “Design Dialogue Baku” şirkətindən AZƏRTAC-a bildirib ki, qaliblər dünya səviyyəli mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən səsvermə yolu ilə seçiliblər.

Müsabiqəyə 100 iş təqdim olunub. Ən yaxşı layihələr sərginin xüsusi ekspozisiyasında nümayiş etdirilib.

“Brend və imic” nominasiyasında “Nəriman Memarlıq” arxitektura bürosunun “Azercosmos” şirkətinin ofisi, “Komfort və Erqonomika” nominasiyasında “Global Interiors Group” layihə və dizayn studiyasının EY şirkətinin ofisi, “Dizayn-ideya” nominasiyasında “Workplace Interiors” arxitektura bürosunun “Azər Türk Bank” şirkətinin ofisi, “Dizayn və biznesin spesifikliyi” nominasiyasında “ArtAtelier Design Company” studiyasının “Dreamland” şirkətinin ofisi, “Məkanın təşkili-kommunikasiyanın səmərəliliyi” nominasiyasında “Workplace Interiors” dizayn studiyasının “Azerbaijan Supermarkets/Bravo” şirkətinin ofisi, “Kreativ məkan” nominasiyasında isə “Chalk Studio” memarlıq studiyasının “Yarat!” şirkətinin ofisi qalib adını qazanıblar.

Müsabiqənin təşkilatçıları belə tədbirlərin Azərbaycanda ənənə şəkilini alacağına və respublikanın tikinti, memarlıq və daşınmaz əmlak bazarının inkişafına müsbət təsir edəcəyinə əminliklərini ifadə ediblər.

Müsabiqə Azərbaycan Memarlar İttifaqının, “Global Interiors Group”, “Workplace interiors”, “Milliken”, “Interface” şirkətlərinin və Azərbaycan Yaşıl Tikinti Şurasının dəstəyi ilə həyata keçirilib.

6 5 4 3 2 1

Son xəbərlər
Oxşar xəbərlər