27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda ən yüksək və ən aşağı pensiyalar bu rayonlarda verilir – Rəsmi (Siyahı)

Bu ilin iyul ayının 1-nə olan məlumata görə, Azərbaycanda 1 milyon 257 min 397 nəfər pensiyaçı olub.

Banker.az açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, pensiyaçılara verilən orta aylıq pensiya məbləği 297 manat 85 qəpik olub.

Paytaxt Bakıda orta aylıq pensiya məbləği 400 manat 28 qəpik olub. Bakıdan sonra ən yüksək orta aylıq pensiya Zəngilan rayonunda verilib.  Bu rayonda orta aylıq pensiya məbləği 283 manat 72 qəpik olub. Zəngilan rayonundan sonra ən yüksək pensiyanın verildiyi şəhər və rayonlar arasında Şirvan (282.75 manat), Şuşa (281.22 manat), Siyəzən (276.35 manat), Sumqayıt (273.29 manat) və Abşeron (267.82 manat) ilk sırada yer alıblar.

Pensiyaçılara verilən ən aşağı pensiya məbləği Lerik rayonunda qeydə alınıb. Bu rayonda orta aylıq pensiya məbləği 233 manat 79 qəpik olub. Aşağı pensiyanın verildiyi rayonlar arasında Cəlilabad  (238.84 manat), Ağdaş (238.35 manat), Masallı (237.73 manat) və Xaçmazdır (235.97 manat)

pns

Son xəbərlər
Digər xəbərlər