4 C
Baku
Tuesday, March 5, 2024

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.

Saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 110 saylı Balakən Seçki Dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 26.42 faiz (48990 seçicidən 6372 nəfər) olub.

Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 19 saylı Nərimanov Birinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 11,72% (54953 seçicidən 6438 nəfər) olub.

Qeyd edək ki, prezident seçkilərində saat 10:00-dək olan seçici fəallığı 19.44 faiz olub. Səsvermə hüququna malik 6 478 840 seçicidən bu saatadək 1259371 nəfəri səs verib.

Son xəbərlər
Digər xəbərlər