Azərbaycanda ərzaq təhlükəsizliyi üzrə ixtisaslaşdırılmış informasiya və monitorinq sistemi yaradılacaq

Kənd təsərrüfatının inkişafı baxımından mövcud qanunvericilik təkmilləşdiriləcək, stimullaşdırma mexanizmləri hazırlanacaq və bu sahədə ictimai məlumatlandırma tədbirlərini həyata keçiriləcək.

Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.

Sazişə əsasən, tərəflər ərzaq təhlükəsizliyi üzrə ixtisaslaşdırılmış informasiya və monitorinq sistemini yaratmaq, ərzaq təhlükəsizliyi ilə bağlı məlumatları toplamaq, vahid məlumat bazasında sistemləşdirilməsini təmin etmək barədə də öhdəlik götürüblər.

©APA


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları