27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda əsas un istehsalçılarının topdansatış mərkəzləri, qiymətlər, iş qrafiki və əlaqə nömrələri açıqlanıb

Xəbər verdiyimiz kimi, Azərbaycanda un və çörəyin qiymətində artım olub.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu bahalaşmaya münasibət bildirib. Dövlət Xidməti qiymət artımının səbəbi kimi hazırda dünyada baş verən iqtisadi proseslər, ərzaqlıq buğdanın əsas istehsalçısı və ixracatçısı olan Rusiya və Ukrayna arasında baş verən hərbi münaqişənin yaratdığı problemləri, tədarük risklərini, ərzaqlıq buğda ixracında məhdudiyyətləri, dünya bazarında ərzaqlıq buğdaya tələbin yüksəlməsini göstərib.

Qeyd etmək lazımdır ki, Azərbaycanda ərzaqlıq buğda, un və çörəyin qiyməti tənzimlənən tariflərlə deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı (o cümlədən, əsas idxal bazarlarındakı) qiymətinə görə formalaşır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna əsasən, sahibkarlar öz məhsulları (işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyən edirlər.

Banker.az Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən un istehsalçılarının topdansatış mərkəzləri, həmçinin məntəqələri, topdansatış qiymətləri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair məlumatları təqdim edir:

un11

 

 

Son xəbərlər
Digər xəbərlər