17 C
Baku
Friday, May 24, 2024

Azərbaycanda ət bahalaşıb, çörək ucuzlaşıb

Bu ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi ötən ilin yanvar-iyul aylarına nisbətən 112.2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 114.3 faiz, qeyri-ərzaq məhsulları üzrə 111 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110.4 faiz təşkil edib.

Banker.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2023-cü ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99.3 faiz, əvvəlki ilin iyul ayına nisbətən 109.4 faiz təşkil edib.

2023-cü ilin iyul ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 98,5 faiz, əvvəlki ilin iyul ayına nisbətən 109,7 faiz təşkil edib.

Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma çörəyin, unun, bahalaşma isə əsasən qoyun ətinin, şəkər tozunun qiymətlərində müşahidə olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər