17 C
Baku
Saturday, April 13, 2024

Azərbaycanda 1.7 mln. manatlıq sahilbərkitmə işləri icra ediləcək

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Zaqatala rayonunun ərazisindəki Tala, Muxax, Qanıx, Katex və digər çaylarda sahilbərkitmə işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Banker.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “TNN” QSC-dir.

Qalib şirkətə 1.68 mln. manat ödəniləcək.

Son xəbərlər
Digər xəbərlər