Azərbaycanda “Tumar Ventures” MMC dövlət qeydiyyatına alınıb.
Banker.az xəbər verir ki, şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 45, mənzil 75-dir.
“Tumar Ventures” MMC-nin nizamnamə kapitalı 1 milyon ABŞ dolları təşkil edir.
Şirkətin qanuni təmsilçisi Qazaxıstan Respublikasının vətəndaşı Aslan Sultanovdur. Müşahidə şurasının üzvləri Ağahüseyn Əhmədov, Nargiza An və Giovanni Gavino Everduindir.







