Azərbaycanda 10 dövlət müəssəsi səhmdar cəmiyyətə çevrilir

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “AzPrıce” MMC ilə tender müqaviləsi bağlayıb.

Banker.az xəbər verir ki, şirkət, dövlət müəssisələrinin bazasında yaradılacaq səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının müəyyən edilməsi, Bakı şəhərində yerləşən kiçik dövlət müəssisə və obyektlərinin, habelə respublikanın müxtəlif rayon və şəhərlərində yerləşən özəlləşdirilməsi və ya icarəyə verilməsi nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahələrinin qiymətləndirilməsi prosesinə məsləhətçilərin (qiymətləndiricilərin) cəlb edilməsi kimi xidmətləri həyata keçirəcək.

Buna görə, şirkətə DƏMX 200 min manat  vəsait ödəyəcək.

Bu xidməti müqaviləyə respublikanın müxtəlif rayon və şəhərlərində yerləşən (paytaxt istisna) 300 dövlət mülkiyyətində olan torpaq sahələrinin bazar dəyərinin müəyyən edilməsi, Bakı şəhərində yerləşən 300 kiçik dövlət müəssisə və obyektlərinin bazar dəyərinin müəyyən edilməsi və dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılacaq 10 səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının müəyyən edilməsi kimi xidmətlər daxildir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları