8 C
Baku
Wednesday, October 30, 2024

Azərbaycanda 115 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 231 022 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 224 961 nəfər müalicə olunaraq sağalıb, 3 156 nəfər vəfat edib. Hazırda 2 905 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 582, bu günə qədər isə ümumilikdə 2 446 300 test icra olunub

Son xəbərlər
Digər xəbərlər