19 C
Baku
Saturday, October 1, 2022

Azərbaycanda 13 restoran, kafe cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il fevralın 8-də ölkə üzrə 366 ictimai iaşə obyektində 645 monitorinq keçirilib.

Banker.az AQTA-ya istinadən xbər verir ki, monitorinqlər zamanı 13 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi pr. 89 ünvanında yerləşən, fiziki şəxs Sərdarlı Taleh Pənah oğluna məxsus kafe;

2. Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küç., 2 saylı bina ilə üzbə-üz yerləşən, fiziki şəxs Məmmədov Tərlan Əlirza oğluna məxsus kafe;

3. Bakı şəhəri, Xətai rayonu, M. Hadi küç., ev 51A ünvanında yerləşən, fiziki şəxs İsgəndərov Bəxtiyar İsgəndər oğluna məxsus “Voyage” restoranı;

4. Bakı şəhəri, Nərimanov rayonu, H. Əliyev pr. 135A ünvanında yerləşən “Balkonda Baku” restoranı;

5. Göygöl rayonu, Aşıqlı kəndində yerləşən, fiziki şəxs Əliyev İlham Nizami oğluna məxsus “Pele” kafesi;

6. Gəncə şəhəri, Nizami küç., ev 42 ünvanında yerləşən, fiziki şəxs Allahverdiyev Rövşən Məhərrəm oğluna məxsus “Afiyet Olsun” kafesi;

7. Sabirabad rayonu, Xəlfəli kəndində yerləşən, fiziki şəxs Qasımov Əbdürrəhim Xəlilulla oğluna məxsus çayxana;

8. Sabirabad rayonu, Cavad-Bərə yolunda yerləşən, fiziki şəxs Əzizov Bəxtiyar Gülmalı oğluna məxsus kafe;

9. Sabirabad rayonu, Qardaşlar kəndində yerləşən, fiziki şəxs Həsənov Xəzər Xeyrəddin oğluna məxsus kafe;

10. Şamaxı rayonu, Mirikənd kəndində yerləşən, fiziki şəxs Ağakərimov Firavan Eldar oğluna məxsus “Anar” restoranı;

11. Zaqatala rayonu, Car kəndində yerləşən, fiziki şəxs Hinçiyev Ramin Məmməd oğluna məxsus “Daşlıq” restoranı;

12. Şəki şəhəri, M. Ə. Rəsulzadə prospektində yerləşən, fiziki şəxs Mustafayev Anar Mahmud oğluna məxsus “Ankara” restoranı;

13. Şəki şəhəri, M. F. Axundov prospektində yerləşən, fiziki şəxs Həmidov Akif Xudaverdi oğluna məxsus “Ukrayna” çay evi.

Son xəbərlər
Oxşar xəbərlər