6 C
Baku
Friday, March 1, 2024

Azərbaycanda 16 marşrut xəttinin sahibi açıqlanıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı-Biləsuvar, Bakı-Qazax, Bakı-Ağcabədi, Bakı-Lənkəran, Bakı-Quba, Bakı-Qusar, Bakı-Qusar (SDK), Bakı-Xaçmaz, Bakı-Nabran, Bakı-Xudat, Bakı-Şabran, Bakı-Oğuz, Bakı-Göyçay şəhərlərarası, Mingəçevir 5 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutları, eləcə də “Ceyranbatan qəsəbəsi-“Xocəsən” metro stansiyası-Ceyranbatan qəsəbəsi” və “Masazır qəsəbəsi-“Xocəsən” metro stansiyası-Masazır qəsəbəsi” marşrut xətləri müsabiqəyə çıxarılaraq qaliblər müəyyən edilib.

Banker.az xəbər verir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunub.

Müsabiqənin qalibləri – 21 fiziki və 8 hüquqi şəxsin hər biri ilə daşıyıcı qismində sərnişindaşıma fəaliyyətinin göstərilməsi üçün qanunamüvafiq qaydada müqavilə imzalanıb və onlara hazır sənədlər “Bakı KOB evi”ndə AYNA-nın əməkdaşları tərəfindən təqdim olunub.

Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir.

“Bakı KOB evi”ndə daha bir məntəqə – Gəncə Beynəlxalq Avtovağzal Kompleksinə 1-ci kateqoriyalı avtovağzal pasportu verilib. Bununla da 33 avtovağzal və 15 avtostansiya olmaqla ölkə üzrə pasportlaşdırılan məntəqələrin sayı 48-ə çatdırılıb.

                                                                     Qaliblər:

Marşrut Daşıyıcı
Bakı-Biləsuvar-Bakı fiziki şəxs Həsənli Mirnahid İqbal oğlu
Bakı-Qazax-Bakı fiziki şəxs Hümmətov Həsən Ələddin oğlu
Bakı-Ağcabədi-Bakı fiziki şəxs Məmmədov Namiq Mehdiqulu oğlu
Bakı-Lənkəran-Bakı fiziki şəxs Əliyev Faiq Əziz oğlu

fiziki şəxs Fətullayev Anar Bahadur oğlu

Bakı-Quba-Bakı fiziki şəxs Yusifzadə İlqar Əzim oğlu

fiziki şəxs Mövlanov Mənsur Seyidmurad oğlu

hüquqi şəxs “Uğurlu Yol” MMC

Bakı-Qusar-Bakı fiziki şəxs Məstəliyev Xəyyam Səxavət oğlu

fiziki şəxs Mustafayev Güləli Nəbi oğlu

fiziki şəxs İsayev Rza Seyidmirzə oğlu

hüquqi şəxs “Uğurlu Yol” MMC

hüquqi şəxs “Quba Avtovağzal” MMC

Bakı-Xaçmaz-Bakı fiziki şəxs Əkbərova Mehriban Telman qızı

hüquqi şəxs “Uğurlu Yol” MMC

Bakı-Nabran-Bakı fiziki şəxs İsayeva Məlahət Teymur qızı

hüquqi şəxs “Uğurlu Yol” MMC

Bakı-Qusar (SDK)-Bakı fiziki şəxs Abbasov Hüseyn Əliabbas oğlu
Bakı-Xudat-Bakı hüquqi şəxs “Uğurlu Yol” MMC
Bakı-Şabran-Bakı fiziki şəxs Şahbazov Fəxrəddin Şirəli oğlu

fiziki şəxs Qasımov Fətulla Əli oğlu

fiziki şəxs Qasımov Tərlan Əli oğlu

fiziki şəxs Hacıyev Nuru Fizuli oğlu

fiziki şəxs Ağayev Ağahüseyn Mahmudağa oğlu

Bakı-Oğuz-Bakı fiziki şəxs Məhərrəmov Urxan Urfan oğlu
Bakı-Göyçay-Bakı fiziki şəxs Həşimov Abbas Məcid oğlu
Mingəçevir 5 nömrəli şəhərdaxili fiziki şəxs Cəlilova Sürəyya Abbasəli qızı
“Ceyranbatan qəsəbəsi-“Xocəsən” metro stansiyası-Ceyranbatan qəsəbəsi” hüquqi şəxs “Sahil” MMC
“Masazır qəsəbəsi-“Xocəsən” metro stansiyası-Masazır qəsəbəsi” “F.Rövşən” İstehsalat Birliyi

 

Son xəbərlər
Digər xəbərlər