Azərbaycanda 17 dövlət şirkətinin səhmləri ucuz qiymətə satışa çıxarıldı [Siyahı]

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 20 oktyabr tarixində təşkil ediləcək.

Banker.az xəbər verir ki, hərraca nəqliyyat, inşaat, təmir, quşçuluq, ticarət, istehsal və digər sahələrə aid 17 müəssisə çıxarılıb.

Oktyyabr ayının 20-də keçiriləcək pul hərracında Bakıda və ölkənin digər ərazilərində yerləşən səhdar cəmiyyətlərin 29-45%-lik səhm paketləri satışa çıxarılacaq.

Şirkətlərin əksəriyyətinin satışa çıxarılan səhm paketi 30%- təşkil edir.