Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası 2018-ci il üçün kredit təşkilatları üzrə icmal göstəricilərini açıqlayıb.
Banker.az Palataya istinadən məlumat verir ki, bank olmayan kredit təşkilatlarının (BOKT) sayı ötən il üzrə 104 olmuşdur. 2017-ci ilə nisbətən BOKT-ların sayı 19-a qədər azalmışdır.
O cümlədən, 2018-ci ildə kredit ittifaqlarının sayı 57-yə çatmışdır ki, bu da özündən əvvəlki illə müqayisədə 19 ədəd azlıq təşkil edir.
Dövlət BOKT-larının sayı 1, özəl BOKT-ların sayı isə 103 olmuşdur. 2017-ci ilə nisbətən bu göstəricilər dövlət BOKT-u üzrə dəyişməz qalır, lakin özəl BOKT-ların sayı isə 122 ədəd olmaqla sayı 19-a qədər azalmışdır.
Xarici kapitallı BOKT-ların sayı (8), nizamnamə kapitalının 50%-dən 100% qədərini təşkil edən xarici BOKT-nin yerli filiallarının sayı (8), nizamnamə kapitalının 50%-dən az olan hissəsini təşkil edən BOKT-ların sayı (0), nəhayət, ilin əvvəlindən lisenziya alan BOKT-nin sayı (1) hər iki il üçün dəyişməz olaraq qalır.
İlin əvvəlindən lisenziyası ləğv edilmiş BOKT-nin sayı ötən il üzrə 20, 2017-ci il üzrə isə 22 təşkil etmişdir.
Müvafiq sahə üzrə maliyyə iştirakçıları filiallarının sayı 2017-ci ilə nisbətən (170) 15-ə qədər azalaraq 155 təşkil etmişdir.
Ötən il üzrə kredit təşkilatlarında çalışan işçilərin sayı 2017-ci ilə nisbətən (2210 nəfər) 305 nəfər azalaraq, 1905 nəfər olmuşdur.