26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda 2 səhmdar cəmiyyətin rəhbərliyi yenidən formalaşdırılacaq

5 iyun 2021-ci il saat 16.00-da “Alatava Avtonəqliyyat -2” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:
1. Cəmiyyətin 2019, 2020-ci illər üzrə maliyyə-təsərrüfat fəaliyyəti barədə idarə heyətinin hesabatı.
2. Cəmiyyətin müşahidə şurasının yeni tərkibinin seçilməsi.
3. Cəmiyyətin idarə heyətinin yeni tərkibinin və idarə heyəti sədrinin seçilməsi.
4. Cəmiyyətin maliyyə-təftiş komissiyasının yeni tərkibinin seçilməsi.
5. “Alatava Avtonəqliyyat- 2” ASC-nin yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində yeni hüquqi şəxsin yaradılması.Yenidən təşkillə əlaqədar komissiyanın yaradılması və ona müvafiq səlahiyyətlərin verilməsi.
6. Digər məsələlər.

Yığıncağın gündəliyinə aid sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiqlənmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.

9 iyun 2021- ci il saat 10.00 da “Sabunçuavtomatikaquraşdırma” ASC-nin ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər aşağıdakılardır:

1. Səhmdar cəmiyyətin 2019 və 2020-ci illər üçün balans yekunlarının təhlili.
2. Maliyyə-təftiş komissiyasının məlumatı.
3. Dividendlərin bölünməsi.
4. Müşahidə şurasının tərkibinin və sədrinin seçilməsi.
5. İdarə heyətinin və onun sədrinin seçilməsi.
6. Təftiş komissiyasının və onun sədrinin seçilməsi.
7. 2021-ci ildə qarşıda duran məsələlər.

Son xəbərlər
Digər xəbərlər