Azərbaycanda 2021-ci ildə büdcə üçün “ən gəlirli” rayon və şəhərlər məlum olub – SİYAHI

Bakı ş. /Lyokin Photos

2021-ci ilin Dövlət Büdcəsində göstərilir ki, Azərbaycan Respublikasının şəhər və rayonları üzrə büdcə gəlirləri 7 milyard 250 milyon manat təşkil edəcək. O cümlədən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid olan məbləğ 113 milyon manat olacaq. Azərbaycanda 65 rayon və şəhər bu lsiyahıya daxil edilib.

Prezident tərəfindən təsdiqlənən büdcədə yerli xərclərin 859.63 milyon manat olacağı proqnoz edilir.

Gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləği 6 milyard 331.55 milyon manat olacaq. Belə “gəlirli” rayonların sayı 38-dir.

Gəlirləri xərclərini qarşıladıqdan sonra, yerdə qalan hissəyə görə ən böyük göstəricinin Bakıda olacağı proqnoz edilir. Məsələn, bu şəhərin gəlirlərinin həcmi 6 milyard 407.54 milyon manat, xərcləri isə 335.68 milyon manat təşkil edəcək. Bu isə xərclərin gəlirləri qarşılamaqla yanaşı, 5 milyard 987.21 milyon manat qalığın qalması deməkdir.

O cümlədən: müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid olan məbləğ

Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 54.18 milyon manat məbləğində proqnoz edilmiş rayonlar olacaq. Bunun da sayı 23-dür.

Daşkəsən, Xızı, Qubadlı və Qobustanın isə gəlirləri tam olaraq xərclərini tamamlayacaq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.