13 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda 2023-cü ildə 96,9 mlrd. manatlıq ÜDM istehsal olunacaq

2020-ci ildə ölkədə ÜDM-in real iqtisadi artımı 2,4% olmaqla 82,7 mlrd. manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 3,3% olmaqla 54,2 mlrd. manat təşkil edəcəyi gözlənilir.

APA-nın məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair hazırladığı hesabatda deyilir.

Nazirliyin məlumatına əsasən, 2021-ci ildə ölkədə 88,4 mlrd. manatlıq (artım 3,8%), 2022-ci ildə 92,7 mlrd. manatlıq (real artım 3%), 2023-cü ildə isə 96,9 mlrd. manatlıq (real artım 2,7%) ÜDM istehsal olunacağı gözlənilir. ÜDM deflyatoru növbəti iki ildə 3%-ə qədər artsa da, 2022-2023-cü illərdə 1,8% səviyyəsində qərarlaşacaq.

2020-ci ildə sahə strukturuna görə, ÜDM-in 4,8 mlrd. manatı və ya 5,8%-i kənd, meşə və balıqçılıq təsərrüfatının, 31,5 mlrd. manatı və ya 38%-i sənayenin, 6,5 mlrd. manatı və ya 7,8%-i tikintinin, 32,7 mlrd. manatı və ya 39,5%-i xidmətlərin istehsalının, 7,3 mlrd. manatı və ya 8,8%-i  məhsula və idxala xalis vergilərin payına düşəcək. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalının 8,5% artacağı proqnozlaşdırıldığı halda, neft sektorunda isə 0,9% artım gözlənilir.

Proqnozlardan göründüyü kimi ortamüddətli dövr üzrə ÜDM-nin sahə strukturunda ən yüksək real artım turistlərin yerləşdirilməsi və ictimai iaşə və informasiya və rabitə sektorları üzrə müşahidə edilir.

Son xəbərlər
Digər xəbərlər